CHVENEBUREBI and Mamadou Diouf (Poland/Senegal) @ Transkaukazja 2014 in Portugal

Çeveneburebi milli-ənənəvi alətləri ilə milli musiqilər ifa edən Gürcüstanın kişilərdən ibarət tanınmış vocal ansamblıdır. Gürcüstanın fərqli bölgələrindən olan  və musiqi ailələrinin təmsilçisi olan qrup üzvləri  öz musiqilərini qarışdıraraq çox fərqli üslübla ifa edirlər.Çıxışları zamanı həmçinin tamaşaçıların da qatıldığı ənənəvi Gürcü geyimləri ilə rəqslər də təqdim olunur. Konsertlərində musiqilərinin nəticəsi olaraq sevinc, kədər, gözyaşı ilə birgə güclü emosiyalar da yaşanır.

Bu avqust Gürcüstanın ən yaxşı reggae qrupu One Caucasus festivalında öz səhnə debütlərini etmək üçün gəlirlər.  Digər ölkələrdən olan musiqiçilər ilə birlikdə Qafqazın ən böyük reggae orkestrasının ifası olacaq.

Özəl tərzi olan reggae musiqisi ilə Gürcü musiqisinin də qarışımı olacaq bu performansı başqa he bir yerdə görə bilməyəcəksiniz.

 One Caucasus öz işlərini davam etdirməkdədir!

One Caucasus öz tarixində ilk dəfə gürcü, azəri və erməni kəndlərindən olan 35 uşaqla ortaq bir məqsəd üçün birlikdə çalışdı: One Caucasus Xəbərləri üçün! Bu yeni və çətin işdə bizə iki yeni və qısamüddətli könüllülərimiz Safxanova Zülfiyyə və Səmədov Bəhruz yardım etdilər, bundan başqa iki uzunmüddətli könüllülərimiz İrakli və Mişa ingilis, gürcü və erməni dillərindən sinxron tərcümələr etdilər.

Qafqaz Xəbərləri + Cizgi film yaratma seminarı

Bu il bizim məşqçi və müəllimimiz Lude Reno uşaqları “Qafqaz Xəbərləri” adlı film proyektinə cəlb etdi. Başqa sözlə, onlar telestudiyada stop-hərəkət və standart jurnalist çəkimləri kimi müxtəlif metodlardan istifadə etməklə öz xəbərlərini yaradırdılar. Seminarın məqsədi Marneulinin gürcü, azəri və erməni kəndlərindən uşaqları bir yerə toplamaqdır. Qarışıq qruplar reportyor, jurnalist, animator, səs mühəndisləri və s. kimi fəaliyyət göstərmişdirlər.

 

2 -dən səhifə 2

The project is cofunded by Marneuli Municipality, Government of the United States, the Ministry of Culture and National Heritage of the Republic of Poland, Warsaw City Hall, Ministry of Culture and Monument Protection of Georgia and French Institute of Georgia