-->
Festival proqramının başqa bir hissəsi olan One Caucasus Şəhərciyi Sound Zone-da ifa edəcək musiqiçiləri və qrupları təqdim etməkdən xoşbəxtlik duyuruq!
One Caucasus 2017 Beynəlxalq Festivalının xülasəsi və cədvəlini təqdim edirik. Qeyd : One Caucasus-da təqdim olunacaq bir çox fəaliyyət festival üçün xüsusi olaraq hal-hazırda təlimçi, sənətçi, memar və musiqiçilərimiz tərəfindən hazırlanır.
Biz sizi pulsuz giriş, hər gün pulsuz nəqliyyat ( Tbilisi, Azərbaycan və Ermənistanla olan sərhəd keçid məntəqələrindən) və pulsuz qalma zonası( kampinq) olan Qafqazdakı yeganə layihəyə 24, 25, 26 və 27 Avqust tarixlərində bizə qatılmağınız üçün dəvət edirik.
One Caucasus Festivalının əsas ulduzlarından və sonsuz istedadlı musiqiçilərindən birini təqdim etməkdən qürur duyuruq : Pako Sarr!
Pako Sarr ( Soweto Youth Boys, ARRA, Pako Sarr musiqi qrupu) hal-hazırda Polşada yaşayan Seneqallı sevilən sənətçidir.
Bu il onun One Caucasus Festivalı ilə birlikdə 4-cü ili olacaq. Bu istedadlı musiqiçi, bəstəkar və prodüser fərqli səsi və mükəmməl gitara texnikası ilə tanınır. Volof, ingilis və fransız dillərində ifa edir . Onun musiqisi Afrika köklərini qərb təsirləri ilə birləşdirir. O, Dünya Musiqi Səhnəsində əfru, regi,ruhu və rok üslubu ilə özünü ifadə edən aktiv biridir. Müxtəlif musiqi və incəsənət tədbirləri boyunca 33A, Chveneburebi, Gordela və Zumbaland kimi fərqli Gürcü qrupları ilə çalışıb.
Pako Sarr One Caucasus Festivalı 2016-nın musiqi rəhbəri olub və keçən ilki təcrübə göstərdi ki, Pakonun işinə olan tutqusundan və sədaqətindən ötürü möhtəşəm musiqi çalışmalarına imza atdıq. O, bu il də One Caucasus Festivalının musiqi rəhbəri olacaq və bu daha da diqqətçəkici bir musiqi proqramı və müdhiş yaradıcılıqlar eləyəcəyimiz mənasına gəlir.
Hər kəs üçün möhtəşəm xəbərimiz var: One Caucasus Festivalında ruhlandıcı və fərqli qonağlarımızdan biri Masala Soundsystem olacaq.
Masala Soundsystem Varşovadan (Polşadan) 15 illik musiqi təcrübəsi olan və öz xəttii lə 10 albom buraxmış bir musiqi qrupudur.Bu qrup ənənəvi instrumentləri(hurdy-gurdy, yəhudi arfası, saranqi, saz …) və vokal texniklarını (boğazdanoxuma) dünyanın müxtəlif yerlerindən müasir nağara ilmələri, dərin bass və sosial olaraq küçə poeziyası ilə birlikdə bir yerə gətirir.
2002-ci ildə məşhur polşalı jurnalist, yazar və səyahətçi Max Cegielski Masala Soundsystem (Masala = qarışıq) adlı bir "oriyental" DJ kollektivi yaratmaq üçün bir qrup dostu bir yerə gətirib.Onların əsas ideyası dünyanın müxtəlif yerlərindən xalq mədəniyyətinin yaradıcılıqdan ayrılmadığı bir parti kimi təqdim etmək idi, bununla cəmiyyədə ``qəbul görülmüş`` meydanı tamamilə aradan götürəcək və milliyət eləcə də irqlər arasında olan mədəniyyət fərqinin konfliktə səbəb olmaq yerinə onlar musiqidən ibarət möhtəşəm bir dialoqla olduqları yerdə əyləncə formalaşdıra biləcəkdir.
One Caucasus Festivalının əsas sənətçilərindən olan sonuncu gözəl ifaçını təqdim edirik : Marbey!
``Marbey`` qrupu Ermənistanda çox yaxşı caz musiqisi ifası ilə tanınır. Qrup öz musiqiləri qədər Erməni bəstələrini də çox özəl bir tərzdə şərh edir. Ermənistanın əsas caz musiqiçiləri ilə birlikdə ``Marbey`` ABŞ, Rusiya, Gürcüstan, Belarusiya, Avropa və BƏƏ-də konsertlər vermişdir. Qrup aktiv olaraq "Zolotoy Shlyager“(Belarusiya), "Yerevan of the 70s sings“,"Jazz Fest“ (Ermənistan ) və bunun kimi başqa müxtəlif festivallarda iştirak edir.
``Marbey``-in əsas qadın solisti Marina Hakobyandır. O, Ermənistanda bir neçə caz yarışmalarında ən yaxşı caz müğənnisi (2012-ci il, 2014-cü il ``Van``-da, 2014-cü il ``Dream`` musiqi mükafatlarında) və ``Big Sky 2016`` (Moskva) Beynəlxalq Caz Festivalında ``Lady Jazz`` adına layiq görülmüşdür.
Biz Qafqazın ən böyük qadın səslərindən biri olan Gordelanın ( Gürcüstan ) One Caucasus festivalının bu ilki buraxılışında bizə qoşulacağını bildirməkdən xoşbəxtlik duyuruq.Onlar birinci dəfə Psio Crew ilə birlikdə ifa edəcəklər.
Gürcü folk qrupuolan``TSU Gordela`` 2007-ci ildə İvane Javakhishvili Tbilisi Dövlət Üniversitetində qurulub. Ansamblın lideri Vladimer( Tamaz ) Mamaladzedir. ``TSU Gordela`` həmçinin instrumentlərlə kapella kimi polifonik folk musiqiləri ifa edir. Qrupun üzvləri simli çalğı alətlərindən;panduri, çonguri, çuniri, lire ( çanqi );taxtadan düzəldilmiş nəfəsli çalğı alətlərindən ( salamuri ), çiboni, larçemi; zərb alətlərindən – nağara, dəf; qarmon kimi qədim Gürcü folk instumentlərində ifa edirlər. Az bir müddətdə qurulmağına baxmayaraq ansambl çox tez bir zamanda məşhur oldu. Ansambl bir çox musiqi festivallarında mükafatlandırılıb, bütün bunlar qrupun üzvlərinin profesianallığını göstərir.
Gordela One Caucasus festivalının birinci buraxılışında( 2014 ) iştirak edib. Əslən Seneqallı olan musiqiçi Pako Sarr - Varşova–ilə birlikdə ( həmçinin indi One Caucasus-un musiqi rəhbəri) onlar One Caucasus 2014-ün ən yaxşı və unudulmaz musiqi layihələrindən birini həyata keçirdilər.
Ermənistan xalqının kökündən gələn yeni musiqi proyektlərinin ən ilham vericilərindən birinin -Vishup Ansamblının- One Caucasus 2017 festivalında ifa edəcəyini sizə bildirməkdən xoşbəxtlik duyuruq.
Vishup, Arik Grigoryan barabançı Eduard Harutyunyan, Hayk Karapetyan ilə birlikdə işə başlamış və əvvəlcə "Arik Bambir Proyekti" adını aldığı zaman 2015-ci ildə tanınmış erməni "Bambir" qrupundan flütist, vocalist və gitaraçı Arik Qriqoryan tərəfindən Ermənistanda yaradılıb. Qrup 2016-cı ildə qrupun yeni üzvləri olan vocalist və pianist Areni Agbabian, çizgici Artyom Manukayan və barabançı Vardan Duvendjian ilə birlikdə Los Ancelosa köçdülər. Sonra onlar Ermənistana qayıtdılar və Levon Arakelyan, Christin Yeghiazaryan və Amalia Hakobyan da daxil olmaqla yeni başqa musiqiçilər qrupa qatıldı.
Natiq Ritm Qrupu One Caucasus-da!
Fəxrlə elan edirik ki, dünyaca məşhur Natiq Ritm Qrupu One Caucasus 2017 festivalında çıxış edəcək. Qafqazda doğulmuş ən böyük nağara ifaçısı Natiq Şirinov, Azərbaycanda ilk ritm bəstəkarı olmaq üçün nağara peruksiya texnikasında yenilik edərək Alim Qasımovun truppasında 1999-cu ildən 2007-ci ilə kimi dünya turuna çıxır, indi isə Natiq Ritm Qrupu yaradıcı enerjisini mükafatlı performanslar və yenilikçi kompazisiyalarla birləşdirir.
One Caucasus 2017 ərzində Natiq Ritm Qrupu ( 10 nəfərlik heyətlə) digər ölkələrdən olan musiqiçilərlə və başqa janrlarda işləyəcəklər. Qafqazın ən möhtəşəm canlı musiqi şoularından biri olmaqla yanaşı yeni beynəlxalq musiqi layihələrinin premyarası olacaq.
Natiq Natiq Ritm Qrupu ilə 2011-ci ildə Geumsan World Percussion Performance Art Festivalında Grand Prix mükafatına layiq görülüb. 2012 və 2014-cü illərdə isə Natiq İsveçrədəki Montreux Jazz Festivalında çıxış etməklə yanaşı, masterklasslar vermişdir.
Bizim Transkaukazja, ArtZona və One Caucasusdan olan təcrübəmiz sübut etdi ki, möhtəşəm musiqiçilərin konsertini təşkil etmək yaxşıdır, lakin müxtəlif ölkələrdən, mədəniyyətlərdən və janrlardan ibarət professional musiqiçilərin birlikdə işləyə biləcəyi bir yer yaratmaq daha yaxşıdır. Belə layihələrin bir neçəsini biz "Caucasus+. Collection vol.#1: Georgia+" (Gürcü musiqiçiləri ilə Polyak, Seneqallı, Camaykalı və digər musiqiçilər ilə olan görüşün təəccüblü nəticəsi) musiqi albomunda toplamışıq. Albom One Caucasus festivalı ərzində məkanda təqdim olunacaq.
Siz də ilhamlandırıcı musiqi macərasına qatılmaq və Qafqazdan və dünyanın digər regionlarından olan ən yaxşı musiqiçilərlə işlmək istəyirsinizsə - çağırışımızda iştirak edin.
Bu il sizin üçün xüsusi bir hədiyəmiz var. Çağırışda iştirak etmiş və One Caucasus ərzində Gürcüstanda ən ilhamlandırıcı beynəlxalq musiqi əməkdaşlığını yaradan seçilmiş musiqiçilər – Sentyabrın sonu Polşanın paytaxtı Varşavada keçiriləcək Transkaukazja 2017 Festivalına dəvət alacaqlar (təşkilatçılar Polşaya olan səyahətin bütün xərclərini qarşılayacaqlar və seçilmiş musiqiçilərin Polşaya səfərinə dəstək olacaqlar).
"Gürcüstanın Marneuli rayonunda yerləşən Tserakvi kəndində üçüncü One Caucasus musiqi festivalı keçirilib.
“Qafqaz bir sıra münaqişələrdən əziyyət çəkir. Marneuli rayonu Gürcüstan, Ermənistan və Azərbaycanın sərhədində yerləşir və burada bir çox etnik və dini qruplar uzun illərdir ki, sülh içində yaşayır,” festivalın internet səhifəsində yazılır.
Azərbaycanı festivalda sumqayıtlı musiqiçilərdən ibarət “Snail’s” qrupu təmsil edib.
Onlarla BBC Azərbaycanca üçün Tbilisidə məskunlaşmış britaniyalı jurnalist Onnik Krikorian söhbət edib.
Festivalda Ermənistan, Azərbaycan və Gürcüstanla yanaşı, Kenya, Nepal, Tunis və ABŞ-dan olan musiqiçilər iştirak edib.
One Caucasus Festivalı, Polşa Mədəniyyət Nazirliyi və ABŞ-ın Tbilisidəki səfirliyi tərəfindən maliyyələşdirilib."
Məqalə link: http://www.bbc.com/azeri/region-37220989
BBC Azerbaijan
1 -dən səhifə 2