"Gürcüstanın Marneuli rayonunda yerləşən Tserakvi kəndində üçüncü One Caucasus musiqi festivalı keçirilib.

“Qafqaz bir sıra münaqişələrdən əziyyət çəkir. Marneuli rayonu Gürcüstan, Ermənistan və Azərbaycanın sərhədində yerləşir və burada bir çox etnik və dini qruplar uzun illərdir ki, sülh içində yaşayır,” festivalın internet səhifəsində yazılır.

Azərbaycanı festivalda sumqayıtlı musiqiçilərdən ibarət “Snail’s” qrupu təmsil edib.

Onlarla BBC Azərbaycanca üçün Tbilisidə məskunlaşmış britaniyalı jurnalist Onnik Krikorian söhbət edib.

Festivalda Ermənistan, Azərbaycan və Gürcüstanla yanaşı, Kenya, Nepal, Tunis və ABŞ-dan olan musiqiçilər iştirak edib.

One Caucasus Festivalı, Polşa Mədəniyyət Nazirliyi və ABŞ-ın Tbilisidəki səfirliyi tərəfindən maliyyələşdirilib."

Məqalə link: http://www.bbc.com/azeri/region-37220989

BBC Azerbaijan

The project is cofunded by Marneuli Municipality, Government of the United States, the Ministry of Culture and National Heritage of the Republic of Poland, Warsaw City Hall, Ministry of Culture and Monument Protection of Georgia and French Institute of Georgia