Bizim Transkaukazja, ArtZona və One Caucasusdan olan təcrübəmiz sübut etdi ki, möhtəşəm musiqiçilərin konsertini təşkil etmək yaxşıdır, lakin müxtəlif ölkələrdən, mədəniyyətlərdən və janrlardan ibarət professional musiqiçilərin birlikdə işləyə biləcəyi bir yer yaratmaq daha yaxşıdır. Belə layihələrin bir neçəsini biz "Caucasus+. Collection vol.#1: Georgia+" (Gürcü musiqiçiləri ilə Polyak, Seneqallı, Camaykalı və digər musiqiçilər ilə olan görüşün təəccüblü nəticəsi) musiqi albomunda toplamışıq. Albom One Caucasus festivalı ərzində məkanda təqdim olunacaq.
Siz də ilhamlandırıcı musiqi macərasına qatılmaq və Qafqazdan və dünyanın digər regionlarından olan ən yaxşı musiqiçilərlə işlmək istəyirsinizsə - çağırışımızda iştirak edin.
Bu il sizin üçün xüsusi bir hədiyəmiz var. Çağırışda iştirak etmiş və One Caucasus ərzində Gürcüstanda ən ilhamlandırıcı beynəlxalq musiqi əməkdaşlığını yaradan seçilmiş musiqiçilər – Sentyabrın sonu Polşanın paytaxtı Varşavada keçiriləcək Transkaukazja 2017 Festivalına dəvət alacaqlar (təşkilatçılar Polşaya olan səyahətin bütün xərclərini qarşılayacaqlar və seçilmiş musiqiçilərin Polşaya səfərinə dəstək olacaqlar).
Göndərməli olduqlarınız:
- 3 – link (sizin mahnılarınız, səsyazısı, video və ya YouTube linki)
- 1 – qrupunuzun üz şəkli
- 1 qrupunuzun və ya sizin bionuz
- Ətraflı rayder
Bütün sadalananlar 19 iyun 23:59-a kimi music(at)onecaucasus.org elektron poçt ünvanına göndərilməlidir.
Fəaliyyət planı:
- Musiqiçilər üçün çağırışın bitmə tarixi – 19 iyun 23:59
- İyunun axırında – seçilmiş musiqiçilərlə fərdi müsahibə
- 21-23 avqust – müxtəlif ölkələrdən olan musiqiçilərin Tserakvidə, Gürcüstanda ilk vorkşopu
- 24-27 avqust – One Caucasus Festivalı – dörd gün açıq hava konserti, musiqi vorkşopları və interdisiplinar layihələr, Tserakvi , Gürcüstan
Layihəmiz ərzində baş vermiş digər musiqi əməkdaşlıqlarına buradan baxa bilərsiniz:
Clive Brown & Shenikah Singers (Jamaica/UK) + Warsaw Horns (Poland) - Transkaukazja 2014, Warsaw:
33A (Georgia) + Vołosi (Poland) - Tbilisi, 2011: